“CHROME DESIGN” MMC reklam şirkəti 09 iyul 2018-cü il tarixdə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmışdır və Azərbaycan Respublikası ərazisində yerli və beynəlxalq sərgi və tədbirlərdə iştirak etməklə fəaliyyət göstərir. Şirkətimizin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: - Çöl və daxili reklamlarının istehsalı; - İşıqlı neon yazıların istehsalı; - Paslanmaz poladdan reklamların və konstruksiyaların istehsalı; - Sərgi stendlərinin istehsalı; - Metal konstruksiyaların istehsalı. Şirkətimiz bir çox iri şirkət və holdinqlərlə əməkdaşlıq edir, yerli və beynəlxalq tədbirlərin reklam tərtibatı işlərinin həyata keçirilməsində iştirak edir. Təcrübəli komandamız tərəfindən operativ və peşəkar xidmət göstərilməsi, işlərin vaxtında və keyfiyyətli icra olunması, bununla da, müştəri məmnuniyyətinin qazanılması əsas məqsədlərimizdəndir. Eyni zamanda, “CHROME DESIGN” şirkəti 2023-cü ildən “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” (ASTA) ictimai birliyinin üzvüdür.